Azərbaycan istədiyini Paşinyandan alacaq – Erməni deputat + VİDEObackend

Azərbaycan istədiyini Paşinyandan alacaq – Erməni deputat + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hakimiyyətin reytinqi fəlakətli sürətlə enməkdə davam edir”.

NOCOMMENT.az “Aysor”a istinadla xəbər verir ki, bunu müxalif “Hayastan” fraksiyasının üzvü Vaqe Akopyan jbildirib.

Deputat əmindir ki, indiki hakimiyyətin apardığı səriştəsiz siyasət Ermənistanı məhvə aparır:

“Bu hakimiyyət xain, dağıdıcı, səriştəsiz davamlı siyasət yürütməklə Azərbaycana sərt bəyanatlar vermək imkanı verir. Azərbaycan qalib mövqeyindən danışır, amma məğlubiyyətimiz də davamlıdır. Bu, dövlətçiliyimizi, xalqımızı, ölkəmizi Nikol və komandasının hara gətirib-çıxarmasının nümunəsidir”.

Vaqe Akopyan qeyd edib:

“Azərbaycana dəhliz verib-verməmək məsələsi daha çox Ermənistan hakimiyyətinin iradəsindən asılıdır, lakin Paşinyanın dövründə İlham Əliyevin istədiyini ala biləcəyi göz qabağındadır”.

yenisabah