Azərbaycan kanallarının ilkin reytinqi açıqlanıbbackend

Azərbaycan kanallarının ilkin reytinqi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan kanallarının ilkin reytinqi açıqlanıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O bildirib ki, ötən həftə yerli kanallara 5 milyon 251 min adam baxıb: “Ortalama izləmə müddəti 4 saat olub. Türk kanallarına isə 3 milyon 500 min adam baxıb. Onların ortalama baxışı 2 saat olub. Rus kanallarına baxış sayı isə 1 milyon 550 min olub və ortalama bazış müddəti 30 dəqiqədir. 25 faiz əhali isə digər platformaları izləyib”.

Şura sədri deyib ki, bəzən sosial şəbəkələrdə belə fikirlər səsləndirilirdi ki, yerli kanallara baxan yoxdur: “Amma iri reklam televiziyalardadır. Bu iki məsələ üst-üstə düşmürdü. Gələn ilin əvvəlindən kanalların reytinqi Şuranın saytında elan olunacaq. İstənilən şəxs oradan hansı kanalların daha çox izlənildiyinə baxa biləcək. Burada geniş data məlumatı olacaq”.