Azərbaycan kiberhücumlara məruz qalan ölkələrin ilk onluğunda qərarlaşıbbackend

Azərbaycan kiberhücumlara məruz qalan ölkələrin ilk onluğunda qərarlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin I rübündə Azərbaycan şifrləyici-troyanların hücumuna məruz qalan ölkələrin TOP-10 siyahısına daxil olub.

NOCOMMENT.az-ın “Kaspersky Lab” şirkətinə istinadən verdiyi məlumata görə, Azərbaycan ölkələrin reytinqində 0,81% göstərici ilə 9-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, bu kateqoriya kiberhücumu üzrə ilk 10 ölkəyə Banqladeş, Özbəkistan, Mozambik, Efiopiya, Nepal, Əfqanıstan, Misir, Qana, Azərbaycan və Serbiya daxildir.

Yanvar-mart aylarında Azərbaycan üzrə mayner hücumları 1,21%, veb-zərərverici proqramlar hücumu 6,49%, lokal yoluxma cəhdləri üzrə isə 33,88% təşkil edib.

Hesabat dövründə ölkə üzrə həmçinin 2,68% mobil zərərverici proqramlarına yoluxma cəhdləri, 0,06% mobil bank təhdidləri və 0,01% mobil qəsbkar troyan təhdidləri qeydə alınıb.

İstifadəçi qurğularının 1,4%-i isə zərərli bank proqramların hücumlarına məruz qalıb.