Azərbaycan kinosunun Ulduzu vəfat edibbackend

Azərbaycan kinosunun Ulduzu vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa və pianoçu Tamilla Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

NOCOMMENT Report-a istinadən xəbər verir ki, o, 84 yaşında Rusiyanın paytaxtı Moskvada vəfat edib.

Qeyd edək ki, Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində 1936-cı ildə dünyaya göz açan T.Rüstəmova 1959-cu ildə Qnesinalar adına Musiqi İnstitutunu “fortepiano” ixtisası üzrə bitirib.

1962-ci ildə rejissor Həbib İsmayılovun quruluşunda ekranlaşdırılan “Böyük dayaq” filmində Maya roluna çəkilən və ilk filmi ilə də tamaşaçılar tərəfindən sevilən, ifası yüksək qiymətləndirilən Tamilla iki il sonra yenidən filmə dəvət alır.

1964-cü ildə Ağarza Quliyevin çəkdiyi “Ulduz” filmində, qəhrəmanın adını daşıyan obrazı – Ulduz obrazını oynayır. Hər iki filmdəki obrazlar müəyyən mənada bir-birinə bənzəsə də, aktrisa dəyişik xarakterləri üzə çıxarmağı bacarıb ki, bunda da filmin rejissorları böyük rol oynayıb. Eyni ildə Azərbaycan kinosunda ilk dəfə olaraq 3 novelladan ibarət kinoalmanax hazırlanır: “Dağ meşəsindən keçərkən…”, “Zirvə”, və “Cazibə qüvvəsi”. Aktrisa “Zirvə” novellasında Sevda roluna çəkilir.

1971-ci ildə isə “Axırıncı aşırım” filmində Növrəstə adlı epizodik rola dəvət alır. Son iki filmdəki rollar o qədər diqqəti çəkməsə də, Tamilla Rüstəmova bir aktrisa kimi öz sözünü Maya və Ulduz obrazlarında deməyi bacarır. Sonralar aktrisa ixtisas aldığı musiqi sahəsi üzrə fəlaiyyətini davam etdirir və vokalçı Olgerd Krastınşa ilə ailə quraraq Riqa şəhərində həyatına davam edib.