Azərbaycan liderinin uzaqgörən xarici siyasəti nəticəsində bir çoxlarının mümkünsüz hesab etdiyi uğurlara nail olunur – RƏYbackend

Azərbaycan liderinin uzaqgörən xarici siyasəti nəticəsində bir çoxlarının mümkünsüz hesab etdiyi uğurlara nail olunur – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan bu gün ölkə rəhbərliyinin uzaqgörən düşünülmüş xarici siyasəti nəticəsində bir çox ekspertin mümkünsüz hesab etdiyi uğurlara nail olur.

NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov deyib.

O qeyd edib ki, Vaşinqtonda bu gün əldə ediləcək razılaşmalar Azərbaycan xarici siyasətinin, diplomatiyasının müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri olacaq:

“Hazırda biz Azərbaycan xarici siyasətinin 30 ildə davamlı şəkildə həll etməyə çalışdığı problemlərin tamamilə həllinə şahidlik edirik. Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən, qondarma rejimin ləğvindən sonra Azərbaycan daha böyük uğurlar üçün çalışır və bu gün ölkə rəhbərliyinin uzaqgörən düşünülmüş xarici siyasəti nəticəsində bir çox ekspertin mümkünsüz hesab etdiyi nailiyyətlər qazanılır”.

Ekspert ABŞ Prezidenti Donald Trampın bu gün “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənədi imzalayacağına da diqqət çəkərək ilk olaraq bunun çox gecikmiş bir qərar olduğunu vurğulayıb:

“Bu düzəliş ilk olaraq məhz elə erməni lobbisinin fəaliyyəti nəticəsində qəbul olunmuşdu, daha sonra ABŞ prezidentləri onu müxtəlif dövrlərdə təxirə salsalar da, tamamilə ləğv edilməsi çox çətin addım kimi görünürdü. Çünki burada Konqresin rəyi olmalı, ABŞ Prezidenti qəti şəkildə qərar qəbul etməli idi. Bu gün isə Azərbaycan məhz ona nail olur ki, ABŞ rəhbərliyi Azərbaycanın strateji, geosiyasi əhəmiyyətini nəzərə alır və birmənalı şəkildə 907-ci düzəlişin aradan qaldırılması istiqamətində önəmli addım atır”.

Müsahib hesab edir ki, ABŞ tərəfindən Azərbaycanın yüksək qiymətləndirilməsi iki ölkə arasında münasibətlərin dərinləşdirilməsi üçün razılaşmanın əldə olunmasına da rəvac verir:

“Strateji tərəfdaşlığın inkişafına yönələcək bu razılaşma tranzit, enerji, inestisiya, ticarət və digər sahələrdə əlaqənin sıxlamasına şərait yaradacaq”.

Son olaraq Azərbaycan-Ermənistan normallaşma prosesindən söz açan V.Hüseynov bildirib ki, Vaşinqtonda Bakı və İrəvan arasında imzalanacaq sənədlə Ermənistanın Azərbaycanın tələblərinin nəzərə alması Azərbaycan dövlətinin və xalqının uğuru olacaq:

“Çünki bu nailiyyət məhz Azərbaycan xalqının dövlətin ətrafında sıx birləşməsi nəticəsində əldə olunur. 30 ildə Azərbaycan dövləti bir hədəf uğrunda mübarizə apardı və biz bu gün o hədəfin reallaşmasına şahidlik edirik”.