Azərbaycan məktəblərinə 150 min kompüter veriləcəkbackend

Azərbaycan məktəblərinə 150 min kompüter veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın 3 il ərzində Azərbaycan məktəblərinə 150 min kompüter veriləcək, son nəticədə isə hər altı şagirdə bir kompüter düşəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlatı Assosiasiyası” (AKTA) İctimai Birliyinin təqdimat mərasimində deyib.

“6 ildir ki, məktəblərdə “Rəqəmsal bacarıqlar layihəsi” həyata keçirilir və 100 minə yaxın şagirdi əhatə edir. Bir neçə il bundan əvvəl vətəndaşlarının kompüterinin olması, onların internetə qoşulması ciddi problem idir. Son dövrlər aparılan işlər nəticəsində hər iki istiqamət üzrə ciddi irəliləyişə nail olduq. Ötən il, bu il və yaxın 3 ildə məktəblərə veriləcək kompüterlərin hesabına hər altı şagirdə bir kompüter düşəcək ki, bu da orta səviyyə deməkdir”, – nazir qeyd edib.