Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyubbackend

Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FİFA qadınlardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb.

NOCOMMENT-in məlumatına görə, Azərbaycan yığması 1321 xalla planetin 76-cı komandasıdır.

Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda sonuncu dəfə üç ay öncə – martda açıqlanan siyahıdakı mövqeyini qoruyub. Millimiz həmin vaxt eyni xalla eyni mövqedə qərarlaşmışdı.

Qeyd edək ki, reytinqdə ilk üç pilləni ABŞ (2181), Almaniya (2090) və Fransa (2036) milliləri tutub.

ApaSport