KoronaVirus İnformasiya Portalı
Azərbaycan millisi seçmə mərhələdə son oyununa çıxacaqbackend

Azərbaycan millisi seçmə mərhələdə son oyununa çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu matçını keçirəcək.

NOCOMMENT-in report-a istinadən məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə İsveçrə ilə üz-üzə gələcək.

İsveçli Kasper Syiberqin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Azərbaycan yığması 9 oyuna 6 xal toplaya bilib və hazırda 5-ci pillədə qərarlaşıb. Meydan sahibləri isə 8 oyuna maksimum nəticə ilə liderdir.

2-ci qrupun digər matçında Gürcüstan Slovakiya ilə, Lixtenşteyn isə Fransa ilə qarşılaşacaq.

AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
22:00. İsveçrə – Azərbaycan
Baş hakim: Kaspar Syiberq (İsveç)
Tyun. “Tyun Arena”