Azərbaycan millisi təltif edildibackend

Azərbaycan millisi təltif edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa çempionatında Azərbaycanı layiqincə təmsil edən heyətin təltif edilməsi münasibətilə Dövlət Sərhəd Xidməti (DSX) Aparatında təntənəli tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən NOCOMMENT.az -a bildirilib ki, tədbirdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Atçılıq Federasiyasının nümayəndələri iştirak ediblər.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ali qayğısı sayəsində ölkəmizdə idmanın bütün sahələrində olduğu kimi atçılıq idman növünün də inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığı, çövkən, konkur, polo komandalarının respublika üzrə və digər ölkələrdə keçirilmiş mötəbər tədbirlərdə, beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edərək uğurlar qazandıqları qeyd olunub.

Mərasimdə sentyabrın 6-10-da Avropa çempionatında iştirak etmiş Azərbaycan yığması Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev tərəfindən çempionatın ikinci pilləsinə yüksəlmələri münasibətilə təbrik edilib. İdmançılar nümayiş etdirdikləri əzmkarlıq və fədakarlığa görə təltif olunublar.

Gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq turnirdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçilərini iki dəfə ardıcıl olaraq at polosu üzrə Avropa çempionatında uğur qazandıqları üçün təbrik edib və uğurlar arzulayıb.

Görüşdə Gənclər və İdman Nazirliyi və Azərbaycan Atçılıq Federasiyası tərəfindən Azərbaycanda atçılığın polo və digər idman növlərinin inkişaf perspektivləri ilə bağlı birgə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.