Azərbaycan MN: Ermənistan hərbi bölmələrinin hücumu tam iflasa uğrayıbbackend

Azərbaycan MN: Ermənistan hərbi bölmələrinin hücumu tam iflasa uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələri bölmələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində hücum cəhdinin tamamilə iflasa uğradığını bəyan edib.

Bu barədə NOCOMMENT-ə nazirlikdən məlumat verilib.

“Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib”, – deyə nazirlikdən bildirilib.