Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini ARTIRIR – Müqayisəbackend

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini ARTIRIR – Müqayisə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ildə Azərbaycanın dövlət büdcəsindən müdafiə və təhlükəsizlik məqsədilə ayrılan vəsait 600 milyon manatdan çox artırılacaq.

 

NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, 2024-cü ildə bu istiqamətdə 6,054 milyard manat ayrılması nəzərdə tutulub. Gələn ildə isə müdafiə və təhlükəzislik üçün 6,66 milyard manatın ayrılması planlaşdırılır.

 

Müqayisə göstərir ki, növbəti ildə Azərbaycanın müdafiə və təhlükəzislik xərcləri 606 milyon manat və ya 10 faiz artırılacaq.

 

Qeyd edək ki, müdafiə və təhlükəzislik xərclərinə müdafiə qüvvələrinə, milli təhlükəsizliyə, sərhəd xidmətinə, xüsusi müdafiə təyinatlı layihələrə və tədbirlərə xərclənən vəsait daxildir.

 

Bu istiqamətdə ayrılan vəsaitin artırılması Azərbaycanın müdafiə və təhlükəzisliyinin daha da gücləndirilməsinə xidmət edəcək.