backend

Azərbaycan nefti bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 24-də 45,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel çoxdur.

NOCOMMENT.az xəbər verir ki, ölkənin neft-qaz bazarındakı mənbədən Trend-ə verilən məlumata görə FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 44,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 44,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,24 dollar/barel çoxdur.