“Azeri Light” (CIF) markalı neft yenidən bahalaşıb.
NOCOMMENT.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,7 ABŞ dolları və ya 1,9% artıb.
Neftin dünya bazarında qiyməti 91,15 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları olub.