Azərbaycan ordunu gücləndirir, Ermənistan isə sadəcə PR edirbackend

Azərbaycan ordunu gücləndirir, Ermənistan isə sadəcə PR edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa işlərini diqqətlə izləyir və narahatlıqla Azərbaycanın Silahlı Qüvvələrini öz ordusu ilə müqayisə edir. Bu müqayisə isə heç də Ermənistanın xeyrinə olmadığını görür.

NOCOMMENT.az xəbər verir ki, erməni siyasi texnoloqu Armen Badalyanın sözlərinə görə, “Azərbaycan və Türkiyə 44 günlük müharibədən sonra vaxtaşırı birgə hərbi təlimlər keçirir… Üstəlik, Azərbaycan dəfələrlə yeni silah növləri aldığını bəyan edib”.

Erməni müxbirinin Türkiyə-Azərbaycan birgə təlimləri və bir neçə gün əvvəl Ermənistanda başlayan təlim-məşq toplanışlarını müqayisə etmək təklifinə Badalyan bunun heç də müqayisə edilə biləcək səviyyədə olmadığı dedi.

“Erməni tərəfinin təlim düşərgələri daha çox formal xarakter daşıyır, çünki bu təlimlərə başlamazdan əvvəl ordunun hörmət və nüfuza layiq bir rəhbəri olmalıdır. Lakin, Ermənistan hakimiyyəti ordudan Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisinin oğlunu (Yuri Xaçaturovun oğlu, üçüncü ordu korpusunun keçmiş komandiri Qriqori Xaçaturovu nəzərdə tutur) qovdu.

Ermənistan ordusunun yüksək zirvədə olduğunu biz görmürük. Əksinə, müdafiə naziri daim özünü qəhrəman kimi göstərərək Ermənistan sərhədini keçmək istəyən azərbaycanlı hərbçilərin məhv edilməsini əmr edir… Bir sözlə, Azərbaycan həqiqətən də ordusunu hərbi təlimlərlə gücləndirir, Ermənistan isə sadəcə PR edir, başqa heçnə”, – deyə Badalyan şikayətləndi.

virtualaz.org