Azərbaycan Ordusunun generalı vəfat etdibackend

Azərbaycan Ordusunun generalı vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında müxtəlif vəzifələrdə xidmət keçmiş ehtiyatda olan general-mayor Aleksandr Petroviç Vasyak uzun sürən xəstəlikdən sonra vəfat edib.

NOCOMMENT xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, general ağır xəstəlikdən dünyasını dəyişib: “General A.Vasyakın həyat yoldaşı da onun vəfatı xəbərini təsdiqləyib”.

Ü.Cəfərov qeyd edib ki, sabah general A.Vasyakın nəşi Bakıya gətiriləcək və o, Müdafiə Nazirliyi tərəfindən təntənəli şəkildə son mənzilə yola salınacaq. Dəfn mərasimi 23 noyabr tarixinə planlaşdırılıb.