Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulubbackend

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 13-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə report-a Müdafiə Nazirliyindən bildirilib.

“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, – məlumatda deyilir.