Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulubbackend

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – məlumatda vurğulanıb.