Azərbaycan ötən il dövlət sifarişi ilə 127 milyon manatlıq ərzaq alıbbackend

Azərbaycan ötən il dövlət sifarişi ilə 127 milyon manatlıq ərzaq alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə Azərbaycanda dövlət sifarişi ilə 127 milyon 76 min manat dəyərind ərzaq məhsulları alınıb.

NOCOMMENT.az “Report”a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, il ərzində dövlət vəsaitinə 7,1% qənaət edilib.

Ötən ildə ərzağı 90 satınalan təşkilat elektron portal vasitəsilə müqavilə bağladığı 73 istehsalçı və satıcıdan 209 növdə olmaqla alıb.

Dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasını mərkəzləşdirilmiş qaydada nazirliyə məxsus “Aqrar Tədarük və Təchizat” ASC həyata keçirir.