Azərbaycan ötən il neçə milyard borc qaytarıb?backend

Azərbaycan ötən il neçə milyard borc qaytarıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Operativ məlumatlara əsasən 2020-ci ildə dövlət büdcəsinin xərcləri təsdiq olunmuş proqnoza nisbətən 96,1 % və yaxud 26 416,3 milyon manat icra olunub ki, bu da 2019-cu illə müqayisədə 1 990,4 milyon manat və yaxud 8,1 % çoxdur.

NOCOMMENT.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət büdcəsi vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsinə, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin tam və vaxtında maliyyələşdirilməsinə nail olunub.

2020-ci il dövlət büdcəsi xərclərinin 16 364,0 milyon manatı və yaxud 62 %-i cari xərclərə yönəlib ki, bu da 2019-cu illə müqayisədə 2 835,1 milyon manat və yaxud 21 % çoxdur. Cari xərclər üzrə artım əsasən 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əmək haqlarının və ölkədə pensiya və sosial ödənişlər üzrə baş vermiş artımların qarşılanmasına 2 039,9 milyon manat, koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyatda yaratdığı mənfi təsirlərin azaldılmasına və mübarizə tədbirlərinə 609 milyon manat, ali təhsilin maliyyələşmədirilməsinə 186,2 milyon manat vəsait yönəldilib.

2020-ci ilin dövlət büdcəsindən 8 326,1 milyon manatı və yaxud 31,5 %-i əsaslı xərclərə (2019-cu illə müqayisədə 1046,1 milyon manat və yaxud 11,2 % az), 1726,2 milyon manatı və yaxud 6,5 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2019-cu illə müqayisədə 201,4 milyon manat və yaxud 13,2 % çox) yönəldilib.