Azərbaycan pilotları hədəflərin məhv edilməsi tapşırıqlarını icra edibbackend

Azərbaycan pilotları hədəflərin məhv edilməsi tapşırıqlarını icra edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv edib və havada üstünlüyü təmin etməklə onun yerüstü hədəflərinə aviazərbələrin endirilməsi üzrə tapşırıqları uğurla icra edib.