Azərbaycan Premyer Liqası: Üçüncü tur autsayderlərin dueli ilə başlayırbackend

Azərbaycan Premyer Liqası: Üçüncü tur autsayderlərin dueli ilə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

NOCOMMENT xəbər verir ki, günün yeganə matçında “Şamaxı” “Səbail”i qəbul edəcək. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:30-da başlayacaq.

İlk 2 turdan sonra xalı olmayan kollektivlər “Kəpəz” və “Sumqayıt”la birlikdə 7-10-cu yerləri bölüşdürürlər.

Komandalar indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəliblər. Bunların 6-da paytaxt klubu, 7-də bölgə təmsilçisi qələbə qazanıb. 6 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində isə bərabərlik hökm sürür 20:20.

“Şamaxı” son 6 oyunda uduzmayıb. “Səbail” son 9 səfər görüşündə yalnız bir dəfə məğlub olub.

Azərbaycan Premyer Liqası
III tur
19 avqust (cümə)

16:30. “Şamaxı” – “Səbail”
Şamaxı şəhər stadionu.

Qeyd edək ki, avqustun 20-də “Neftçi” “Sabah”ın qonağı olacaq. Bir gün sonra “Kəpəz” “Qəbələ” ilə, “Zirə” “Sumqayıt”la qarşılaşacaq. Bu turun “Turan Tovuz” – “Qarabağ” matçı isə “köhlən atlar”ın Çexiyada “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.