Azərbaycan Premyer Liqasında II tura start verilirbackend

Azərbaycan Premyer Liqasında II tura start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

NOCOMMENT xəbər verir ki, günün yeganə matçında “Zirə” “Sabah”ı qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüşün baş hakimi İnqilab Məmmədov olacaq.

Xatırladaq ki, “Sabah” hərəyə 3 xalı olan komandalar – “Qarabağ”, “Qəbələ” və “Neftçi” ilə birlikdə 1-4-cü yerləri bölüşdürür.

İki kollektiv indiyədək ölkə çempionatında 15 dəfə üz-üzə gəlib. Bunların 4-də meydan sahibləri, 6-da qonaqlar qələbə qazanıb. 5 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində “Sabah”ın üstünlüyü var – 22:20.

Son 6 qarşılaşmada ən azı 2 qol qeydə alınıb. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda son 7 oyunda meydanı qolsuz tərk etməyib.

Azərbaycan Premyer Liqası
II tur
12 avqust (cümə)

19:00. “Zirə” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
VAR hakimi: Rauf Cabarov
VAR hakiminin köməkçisi: Kamal Umudlu
“Dalğa Arena”

Qeyd edək ki, turun digər oyunları 13-14 avqustda keçiriləcək. Müvafiq olaraq, “Qarabağ” “Sumqayıt”ın, “Turan Tovuz” “Səbail”in, “Şamaxı” “Qəbələ”nin və “Neftçi” “Kəpəz”in qonağı olacaq.