Azərbaycan Premyer Liqasının oyunları saat 19:00-dan tez başlamayacaqbackend

Azərbaycan Premyer Liqasının oyunları saat 19:00-dan tez başlamayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Premyer Liqasının oyunları axşam saatlarında keçiriləcək.

Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin NOCOMMENT.az-a verilən məlumata görə, qarşılaşmalar 19:00-dan tez başlamayacaq.

Hər tur eyni günə təsadüf edəcəyindən matçların müxtəlif saatlarda start götürəcəyi gözlənilir. Şahgəldiyev bu suala belə cavab verib: “Onu dəqiq deyə bilməyəcəyəm. Bütün variantlar müzakirə olunur”.

Qeyd edək ki, koronavirus pandemiyasına görə martın 13-də dayandırılan Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.