Sentyabrın 25-də BMT-nin mənzil-qərargahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.
NOCOMMENT.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə dövlət başçısı BMT-nin fəxri qonaqlar kitabını imzalayıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin baş katibi Antonio Quterreş birgə foto çəkdiriblər.