Bu gün, oktyabrın 1-i, Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü qeyd olunur.
NOCOMMENT.az xatırladır ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Azərbaycan Prokurorluğu milli hüquq sistemində vacib rola malikdir və ölkədə qanunun aliliyinin təmin edilməsində mühüm xidmətlər göstərir. Bu gün hüquq mühafizəçiləri və prokurorluq işçiləri peşə bayramlarını qeyd edərkən göstərdikləri əzmkarlıq və xidməti ilə tanınırlar.
Hazırda Azərbaycan Prokurorluğunun 107 illiyini və peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi Zəfər əhvali-ruhiyyəsi ilə qeyd edən prokurorluq əməkdaşları öz fəaliyyətlərini yeni çağırışlara, müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun qurmaqla qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində yorulmadan çalışırlar.