Azərbaycan PUA-ları təlimdə – VİDEObackend

Azərbaycan PUA-ları təlimdə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməliyyat-taktiki təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə edilən məlumatları idarəetmə məntəqələrinə ötürür.

NOCOMMENT xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.