ABŞ Prezidenti Donald Tramp Katolik Miladına qədər Qəzza sektorunda sülh prosesinin ikinci mərhələsinə keçidini elan etməyi planlaşdırır.
NOCOMMENT.az bildirir ki, ikinci faza çərçivəsində əsasən İsrail qoşunlarının Qəzza sektorundan çıxarılması, beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsi və yeni idarəetmə strukturlarının işə salınması nəzərdə tutulur. Bu struktura Trampın rəhbərliyi altında “Sülh Şurası” başçılıq edəcək və burada təxminən 10 ərəb və qərb ölkələrinin liderləri iştirak edəcək.
Eyni zamanda HƏMAS-la danışıqlar aparılır; tərəflər İsrail qoşunlarının çıxarılması qarşılığında HƏMAS-ın hakimiyyətdən imtina etməsini müzakirə edirlər.
İndoneziya, Azərbaycan, Misir və Türkiyə beynəlxalq sabitləşdirici qüvvələrə kontingent göndərməyə hazırdır.
Axios-un məlumatına görə, İsrail Baş naziri Benyamin Netanyahu ayın sonuna qədər Trampla görüşərək təfərrüatları müzakirə etməyi planlaşdırır.













