Azərbaycan qlobal səviyyədə problemlərin həllində iştirak edən ölkəyə çevrilib – RƏYbackend

Azərbaycan qlobal səviyyədə problemlərin həllində iştirak edən ölkəyə çevrilib – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində artıq Azərbaycan geosiyasi nüfuzu artan, qlobal səviyyədə problemlərin həllində iştirak edən ölkəyə çevrilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, yeni dünya nizamının formalaşdığı hazırkı dövrün əsas çağırışı ədalətə və beynəlxalq hüquqa söykənərək sülhün, təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılmasıdır:

“Belə bir dünyanın formalaşması Azərbaycanın daim səsləndirdiyi çağırışların əsasında dayanıb. İşğala məruz qalıb 30 il dünya güclərindən ədalətli yanaşma gözləyən Azərbaycan ən yüksək tribunalardan bəyan edirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT qətnamələrinin icrası üçün vahid mexanizm olmalıdır. Yalnız bu halda ədalətli dünyadan danışa bilərik. Prezident İlham Əliyevin tarixi Zəfərimizdən sonra ilk dəfə BMT tribunasından çıxışında bəyan etdiyi kimi, son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur”.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin ABŞ lideri Donald Trampın və Misir dövlət başçısı Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak Misirə işgüzar səfəri bu reallıqları bir daha təsdiqləyib:

“Bu, Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələrin, dövlətmizin qlobal siyasətdə söz sahibi olmasının təsdiqidir. Artıq Azərbaycanın hər zaman çağırış etdiyi ədalətli dünyanın formalaşması ideyası reallığa çevrilir. Prezident İlham Əliyevin samimitə dəvət edilməsi təsadüfi xarakter daşımır. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana münasibətdə artan beynəlxalq dəstək göz qabağındadır. Vaşinqton görüşünün uğurlu nəticələri bunun bariz nümunəsidir. Sülhün, təhlükəsizliyin təmin edilməsi hər bir ölkənin inkişafında əsas faktordur.

Bunun üçün Azərbaycanın qeyd olunan istiqamətdə atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan hər zaman qlobal problemlərin həllində birgə səylərin göstərilməsini əsas hədəf kimi qarşıya qoyur. Azərbaycanın qlobal məsələlərin həllində öndə dayandığını dünya liderləri də təsdiqləyirlər. Dövlət başçısının Yaxın Şərq Sammiti çərçivəsində keçirdiyi görüşlərə diqqət yetirməklə bu gün Azərbaycanın sözünün nə qədər önəmli və vacib olduğunu görərik”.