Kosmik Agentlik 268 minlik konfrans hədiyyələri üçün tender elan etdibackend

Kosmik Agentlik 268 minlik konfrans hədiyyələri üçün tender elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) Dünya Telekommunikasiya İnkişaf Konfransı (WTDC-2025) üçün promo məhsulların satınalınmasını planlaşdırır.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 268 736,15 AZN təşkil edir. Alınacaq məhsullar arasında bel çantaları, EKO çantalar, termoslar, qələmlər, dəftərlər, karbon karandaşlar, flashcard-lar, maqnitlər, fincan altlıqları, fincanlar, visitcard holder-lar, breloklar, yapışqan stikerlər və müxtəlif pinlər yer alır.

Hər bir məhsulun ölçüsü, materialı, rəngi və xüsusiyyətləri tender şərtlərində dəqiq şəkildə göstərilib. Məsələn:

  • Bel çantası: Laptop üçün uyğundur, suya davamlı parça, fermuar və cırt-cırtlı bağlama sistemi; 400 ədəd
  • EKO çanta: Qalın toxuma və ya kanvas, 2 300 ədəd
  • Termos: 500 ml, paslanmayan polad, BPA-sız qapaq, 2 300 ədəd
  • Fincan: Paslanmayan polad və ya BPA-free plastik, 350 ml, 2 000 ədəd
  • Brelok, stiker və pinlər: ABS plastik və ya digər materiallar, loqo çapı ilə, 2 300 ədəd və s.

Bu məhsullar konfrans iştirakçılarına təqdim ediləcək və tədbirin korporativ görünüşünü əks etdirəcək.