Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşünün tarixi MƏLUM OLDUbackend

Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşünün tarixi MƏLUM OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın görüşəcəkləri tarix açıqlanıb.

NOCOMMENT.az Sputnik Armeniyaya istinadən xəbər verir ki, Ermənistan baş nazirinin müavininin Mətbuat xidmətinin yaydığı məlumata görə görüş Yanvarın 30-da Moskvada baş tutacaq.

Məlumatda tərəflərin Cənubi Qafqazda nəqliyyat dəhlizinin yaradılması, xüsusilə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, eləcə də Rusiya ilə Ermənistanı birləşdirəcək dəmir yolu xətlərinin inşasını müzakirə edəcəkləri qeyd edilib.