Azərbaycan şahmatçıları olimpiadanın ən yaxşıları arasındabackend

Azərbaycan şahmatçıları olimpiadanın ən yaxşıları arasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda qrup mərhələsinin ən yaxşı oyunçularının adları açıqlanıb.

NOCOMMENT Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan qrossmeysterləri də var.

B qrupunda mübarizə aparan yığma üzvlərindən I lövhədə Şəhriyar Məmmədyarov 3,5, II lövhədə Rauf Məmmədov 6, III lövhədə isə Günay Məmmədzadə 5 xalla zirvədə yer alıb.

Məmmədov eyni zamanda qrup mərhələsinin rəmzi yığmasına da düşüb. O, 12 nəfərlik siyahıda yalnız polşalı Yan-Kşiştof Dudadan (7 xal) geri qalır.

Qeyd edək ki, Azərbaycan millisi Ümumdünya Şahmat Olimpiadasının top divizionunda qrup oyunlarını lider kimi başa vuraraq birbaşa 1/4 finala vəsiqə qazanıb.