Azərbaycan Sığortaçılar Assosiasiyasında yeni təyinat olub – FOTObackend

Azərbaycan Sığortaçılar Assosiasiyasında yeni təyinat olub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin icraçı direktoruna müşavir təyin edilib.

NOCOMMENT quruma istinadən xəbər verir ki, bu vəzifə jurnalist Məmməd Ağayevə həvalə olunub.

Məmməd Ağayev

O, bundan əvvəl bir sıra media qurumlarında çalışıb, o cümlədən “ARB 24” televiziya kanalında “Sığorta vaxtı” verilişinin redaktoru olub.

M.Ağayev Azərbaycanın ilk müstəqil tələbə qəzetinin (“Student TİMES”) təsisçisi və baş redaktoru, ölkənin ilk tələbə jurnalistlər təşkilatı olan “Gənc Reportyorlar” İctimai Birliyinin təsisçisi və rəhbəridir.