Azərbaycan SSRİ ilə bağlı bu Memorandumu imzalamaqdan imtina etdibackend

Azərbaycan SSRİ ilə bağlı bu Memorandumu imzalamaqdan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan keçmiş SSRİ-nin xarici borcunun birgə ödənilməsinə dair Anlaşma Memorandumunu imzalamaqdan imtina edib.

NOCOMMENT.az “İnterfax”a istinadən xəbər verir ki, bunu noyabrın 16-da, Rusiyanın paytaxtı Moskvada keçirilmiş MDB hökumət başçılarının Böyük 7-lik ölkələrinin (G7) nümayəndələri ilə görüşü çərçivəsində Belarusun baş naziri Vyaçeslav Kebiç bildirib.

Azərbaycanla yanaşı Özbəkistan və Ukrayna da Memorandumu imzalamaqdan imtina edib.

Kebiç bildirib ki, Azərbaycan və Ukrayna sözügedən sənədə SSRİ-nin aktivlərində və borcunda hər bir ölkənin payı müəyyən edildikdən sonra qoşulacaqlarını bildirib, Özbəkistan isə borcunu ayrıca ödəyəcəyini bəyan edib. Bundan sonra G7 nümayəndələri Özbəkistanın şərtlərini qəbul etməyəcəklərini deyib və 3 ölkənin nümayəndələri iclas zalını tərk ediblər.
yenisabah