Azərbaycan Standartlaşdırma İnstitutu Publik Hüquqi Şəxs tərəfindən maliyyə auditinin aparılması ilə bağlı elan edilən tender ləğv olunub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ləğvin səbəbi təqdim olunan təkliflərin heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmamasıdır (36.1.2).
Layihə üzrə ehtimal olunan qiymət 5 min 860 manat təşkil edirdi.