Azərbaycan tankçıları müsabiqədə yarımfinal mərhələsinə yüksəlib – VİDEO-FOTObackend

Azərbaycan tankçıları müsabiqədə yarımfinal mərhələsinə yüksəlib – VİDEO-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların növbəti günündə “Fərdi sürücülük” mərhələsində iştirak ediblər.

Müdafiə Nazirliyindən NOCOMMENT.az -a verilən məlumata görə Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiya tankçıları ilə yarışlarda fərdi ustalıqlarını nümayiş etdiriblər.

Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 hədəfi məhv edib və marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə keçərək yarımfinal mərhələsinə yüksəliblər.