Azərbaycan tək deyil və heç vaxt tək olmayacaq – Çavuşoğlubackend

Azərbaycan tək deyil və heç vaxt tək olmayacaq – Çavuşoğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan tək deyil. İndi də deyirik, tək deyil və heç vaxt tək olmayacaq. Ermənilərin etdikləri Azərbaycan ərazisinə terror hücumudur”.

NOCOMMENT.az “Haber Global”-a istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bəhreynin XİN rəhbəri Əbdüllətif bin Rəşid Əlzayani ilə birgə mətbuat konfransında Ermənistanın hücumları ilə bağlı açıqlamalar verərkən deyib.

“Biz bunu əvvəldən dedik. Can Azərbaycan tək deyil. İndi də deyirik, tək deyil, tək olmayacaq da. Onlar bizi heç vaxt tək qoymayıb, biz də onları tərk etməyəcəyik. Gəlin, atılan addımlara baxaq. Qələbədən sonra torpaqlarını geri alan Azərbaycan tərəfindən atıldı. Bir tərəfdən regionun sabitliyi, onun inkişafı üçün çox mühüm layihələrin həyata keçirilməsi və daha da önəmlisi Ermənistana edilən hərtərəfli sülh sazişi təklifini, məhz Azərbaycan irəli sürdü.”.

Nazir onu da vurğulayıb ki, atəşkəsdən dərhal sonra Ermənistan bəzi əsgərlərini sızdırıb bizim əsgərlərə hücum etdi, onlar bizim əsgərimizdir, biz bir millət, iki dövlətik:

“Onların etdikləri Azərbaycan ərazisində terror aktıdır. Əsgərlərin qayıtması üçün Ermənistan bizi məsələyə daxil edir, digər tərəfdən isə qardaşlarımıza hücum edir. İki münasibət arasında böyük fərq var. Ermənistan bu təxribatların əbəs olduğunu görməlidir. Bundan sonra da bu kimi təxribatlar heç bir nəticə verməyəcək”.