Azərbaycan təlim keçmiş ordunu məhv edib, indi isə… – Artemyevbackend

Azərbaycan təlim keçmiş ordunu məhv edib, indi isə… – Artemyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusu artıq erməni tərəfdən nisbətən təlim keçmiş hərbçiləri məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə rusiyalı politoloq, siyasi psixologiya üzrə elmlər namizədi Maksim Artemyev öz Feysbuk səhifəsində yazıb.

“İtkilər haqqında.

Bu gün Ermənistanın sərhəd xidməti 37 ölü, 4 itkin düşən və 243 nəfərin yaralandığını bildirib. Bundan yola çıxaraq asanlıqla hesablaya bilərik ki, bir ölüyə ən azı altı yaralı düşür. Əgər bu gün Ermənistan rəsmi olaraq 1009 nəfərin öldüyünü bildirirsə, deməli, altı min yaralısı var.

Cəmi yeddi min itki.

Bu isə ciddi bir rəqəmdir. Ən çox təlim keçmiş hərbçilər artıq məhv edilib (baxmayaraq ki, bugünkü statistika əsasən 2000-2001-ci illərin göstəricisidir, yəni, müharibədən əvvəl çağırılanların hamısı öldürülməyib). Onları ehtiyatdan çağırılan yaşlı, ailəli və harınlamışlar əvəz edir. Bunlar canının qədrini bilən, özünü güllənin altına atmayan “əsgərlərdir”. Nəm səngərlərdə yatmağa və 80 km-lik yürüşə isə sağlamlıqları imkan verməyəcək. Cəbhədən müvafiq videolar boşuna göndərilmir”, – deyə politoloq yazıb.
Axar.az