“Azərbaycan Texniki Universitetində 895 min manatı görün nəyə xərcləmək istəyidilər – “Puç oldu”backend

“Azərbaycan Texniki Universitetində 895 min manatı görün nəyə xərcləmək istəyidilər – “Puç oldu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Texniki Universiteti” publik hüquqi şəxsi tərəfindən Türkiyə Azərbaycan Universiteti üçün nəzərdə tutulmuş qida təhlükəsizliyi laboratoriya mallarının satınalması proseduru nəzarət orqanının qərarı ilə ləğv edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 895.452,50 AZN təşkil edirdi.

Rəsmi açıqlamaya əsasən, prosedurun ləğv edilməsinə səbəb olaraq nəzarət orqanının qərarı göstərilib. Lakin qərarın detalları ilə bağlı əlavə məlumat təqdim olunmayıb.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevdir.