Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıbbackend

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

Bu barədə NOCOMMENT Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (49 kq) 156 kq ağırlıq qaldıraraq, yarışın bürünc medalını qazanıb.

“Sevincimin həddi, hüdudu yoxdur. Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim. Məşqçimizlə əziyyət çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı”, – deyə Pərvin Məmmədov bildirib.