Azərbaycan Türkiyədən PUA alacağını açıqladıbackend

Azərbaycan Türkiyədən PUA alacağını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Türkiyədən silahlı pilotsuz uçan aparat (PUA) alacağını açıqladı.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycanın milli müdafiə naziri, general Zakir Həsənov bir televiziya müsahibəsində “Türkiyə istehsalı olan silahlı pilotsuz uçan aparatlar Suriya və Liviyada uğurlu oldu, Azərbaycanın bu PUA-lardan almaq niyyəti varmı?” sualına belə cavab verib: “Bu istiqamətdə işlər davam edir və artıq nəticəyə gəlinib”.

Nazir Z.Həsənov qardaş Türkiyənin, eyni zamanda, hərbi sahədə Azərbaycana maliyyə yardımı etdiyini, Milli Məclisin yaxınlarda bu mövzuda məsələni təsdiqlədiyini də qeyd edib.