Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmlədibbackend

Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmlədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan UEFA Konfrans və Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqindəki mövqeyini möhkəmlədib.

NOCOMMENT.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, əmsallarının sayını 18.750-yə çatdıran Azərbaycan 28-ci sırada qərarlaşıb.

Hazırda Ukrayna 19.225 xalla 27-ci, Rusiya isə 18.299 xalla 29-cu pillədə yer alır.

Çempionlar Liqasında çıxış edən “Qarabağ” evdə İrlandiyanın “Şelburn” klubunu minimal hesabla məğlub edib – 1:0. Dublindəki 3:0 hesablı qələbədən sonra növbəti mərhələyə vəsiqə qazanan Ağdam təmsilçisi bu raundda Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq.

UEFA Konfrans Liqasında isə “Sabah” səfərdə 2:0 hesabı ilə məğlub etdiyi Moldova təsmilçisi “Petrokub”u cavab qarşılaşmasında da üstələyib – 4:1. Bakı klubu növbəti mərhələdə Bolqarıstanın “Levski” kollektivini sınağa çəkəcək.

“Araz-Naxçıvan” Yunanıstanda “Aris”lə 2:2 hesablı heç-heçə edib. Bakıda rəqibini 2:1 hesabı ilə üstələyən Naxçıvan klubu iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib və Kipr “Omoniya”sına rəqib olub.

“Zirə” isə səfərdə Xorvatiya “Hayduk”u ilə qarşılaşmanın əlavə vaxtında 1:2 hesabı ilə uduzub. Bakıdakı ilk matçda 1:1 hesablı bərabərlik qeydə alındığı üçün bu nəticə “qartallar”ı avrokuboklardan kənarda qoyub.\\“Unikal”