Azərbaycan Universitetində tələbə mənfi ikinci mərtəbəyə yıxıldı – AÇIQLAMAbackend

Azərbaycan Universitetində tələbə mənfi ikinci mərtəbəyə yıxıldı – AÇIQLAMA 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Universitetindən hadisə ilə bağlı açıqlama verilib.

NOCOMMENT.az -a verilən məlumatda bildirilib ki, hadisə universitet daxilində baş verib.

“Universitetdə iki mərtəbənin arasında “üzərinə çıxmaq olmaz” yazısı olan yüngül panel lövhələr var. I kurs tələbəsi həmin konstruksiyanın üzərinə çıxıb. Nəticədə o, mənfi birinci mərtəbədən mənfi ikinci mərtəbəyə yıxılıb. Həyatı təhlükəsi olmayan zədə alıb. Artıq 2 gündür tələbə dərslərə gəlir” – məlumatda bildirilib.

Qeyd edək ki, zədələnən tələbə döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Gəncə zəruri tibbi xidmət göstərildikdən sonra o, evə buraxılıb.

***

Azərbaycan Universitetində tələbə qızın 4-cü mərtəbədən yıxılması ilə bağlı mətbuatda məlumat yayılıb. 

NOCOMMENT.az xəbər verir ki, ilkin ehtimallara görə, hadisəyə binada döşəmənin çökməsi səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən Elxan adlı əməkdaş Anews-a bildirib ki, hazırda hadisə ilə bağlı hər hansı açıqlama verə bilməz.