“8 Avqust tarixində imzalanan birgə bəyannamə çox mühüm bir tarixi hadisədir. İmzalanan sənəddə Azərbaycan, Ermənistan, Amerika, Cənubi Qafqaz regionu ilə yanaşı bütün dünya üçün müsbət məqamlar var. Bu sülh sazişinə gedən yolun tamamilə təsdiqlənməsidir, problemli məsələlərin arxada qalması mərhələsidir. İmzalanan sənəd müsbət hadisədir”.
Bu sözləri NOCOMMENT.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
“Bu sənəddən sonra biz deyə bilərik ki, Cənubi Qafqazda yeni bir dövr başlayır: sülh, sabitlik, əmin-amanlıq, qarşılıqlı anlaşma, dinc yaşama dövrü.
Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında bundan sonra daimi və uzunmüddətli sülh olacaqdır. Tərəflər də bunu Vaşinqtondakı görüşdə həm şifahı, həm yazılı şəkildə bəyan etdilər və bu çox mühüm bir mərhələdir.
Qarşıdurmadan, münaqişədən əziyyət çəkən Cənubi Qafqaz regionunun, əməkdaşlığa doğru gedən, münasibətlərin qaydaya düşdüyü bir Cənubi Qafqaz regionuna dönüşdüyünü görə biləcəyik.
İkitərəfli əlaqələrin normallaşdırılması da bundan sonra uzunmüddətli və daimi olacaq.
Sülhdə əsas məsələ olan Zəngəzur dəhlizi məsələsi də həll oldu və Zəngəzur dəhlizinin 99 illiyə istifadəyə verilməsi məsələsi təsdiqləndi. Dəhlizin 99 illik ABŞ-ın nəzarətinə verilməsi müsbət bir məqamdır. Zəngəzur dəhlizinin istifadəyə verilməsinin nəqliyyat- kommunikasiya əlaqələri ilə yanaşı, çox böyük iqtisadi töhfə və faydaları olacaqdır.
Vaşinqtonda baş tutan görüşün və imzalanan sənədin iqtisadi, ticari, nəqliyyat – kommunikasiya, sosial və.s istiqamətdə çox mühüm əhəmiyyəti var”.
Aişə Abdulova