Azərbaycan və Ermənistan arasında danışıqları dəstəkləyirik – ATƏTbackend

Azərbaycan və Ermənistan arasında danışıqları dəstəkləyirik – ATƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT Azərbaycan və Ermənistan arasında danışıqları dəstəkləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan ATƏT sədri Yan Borq Ermənistan Xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfrasında məlumat verib.

Bildirib ki, hər iki ölkə öz məsələlərini aydınlaşdırmaq və həll etmək üçün ikitərəfli səviyyəyə üstünlük verir və ATƏT bu yanaşmanı dəstəkləməyə hazırdı:

“Azərbaycan və Ermənistan arasında dayanqılı və hərtərəfli sülhə nail olmaq ATƏT üçün əsas prioritet olaraq qalır. İrəliləmək üçün dialoq və diplomatiya əsas və yeganə vasitələrdir. Biz ATƏT olaraq tərəflərlə daha çox işləməyə və humanitar məsələləri dəstəkləməyə hazırıq. Biz həmçinin müsbət impuls yaratmağa və nəticələr əldə etməyə yönələn bütün milli və beynəlxalq səyləri və təşəbbüsləri dəstəkləyirik. Delimitasiya ilə bağlı irəliləyiş tamamilə dəyərli və təqdir olunası bir addımdır”.

Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan isə Almatı görüşünün konstruktiv şəraitdə keçdiyini açıqlayıb:

“Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh razılaşması regionda sabitliyə və uzunmüddətli sülhə xidmət edəcək. Biz Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasına həm hazırıq, həm də bunda maraqlıyıq. Söhbət həm də dəmiryolu nəqliyyatından gedir. Əlbəttə ki, bu məsələlərin tənzimlənməsi birgə, daha dəqiq qarşılıqlı prinsip əsasında həyata keçiriləcək”.