Azərbaycan və Ermənistan arasındakı problemlər qarşılıqlı anlaşma ilə həll olacaq – Səfirbackend

Azərbaycan və Ermənistan arasındakı problemlər qarşılıqlı anlaşma ilə həll olacaq – Səfir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan və Azərbaycanın sərhəd problemləri qarşılıqlı anlaşma çərçivəsində həll olunacaq”.

NOCOMMENT.az “Azad İran” telegram kanalına istinadən xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani belə deyib.

“Əminik ki, Tavuş məsələsi, o cümlədən Ermənistan və Azərbaycan arasında sərhəd problemləri qarşılıqlı anlaşma çərçivəsində həll olunacaq. Müharibə heç vaxt heç bir problemin həlli olmayıb, yalnız təhlükəsizliyin məhvinə gətirib çıxarır”- deyə, səfir qeyd edib.

Məlumata görə, Mehdi Sübhani həmçinin Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andrasyan ilə görüşündən danışıb və qonşu ölkələrin dillərinin məktəblərdə tədris edilməsi qərarına toxunaraq deyib:

“Fars dili İranın sosial sərmayəsidir. Biz bu proqramı dəstəkləyəcəyik”.