Azərbaycan və Ermənistan barışığını dəstəkləməyə hazırıq – Rusiya XİNbackend

Azərbaycan və Ermənistan barışığını dəstəkləməyə hazırıq – Rusiya XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rəsmi Moskva Bakının İrəvanla barışığını dəstəkləməyə hazır olduğunu təsdiqləyir”.

NOCOMMENT.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin belə deyib.

Bildirib ki, Rusiya Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması məqsədilə keçirilən görüşünü müsbət qiymətləndirir:

“Bu, tərəflərə Cənubi Qafqazda sülh və sabitlik yolunda irəliləmək imkanı verib. Moskva artıq iki dəfə – 2023-cü ilin may və iyul aylarında Bakı ilə İrəvan arasında sülh danışıqlarına ev sahibliyi edib.

Rusiya bundan sonra da ona iki xalqın barışmasına hərtərəfli dəstək verməyə, regionun bütün ölkələrinin təhlükəsizliyini, tərəqqisini təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılan həllərin axtarışına kömək etməyə hazırdır”.