Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri yaxın günlərdə görüşəcəklərbackend

Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri yaxın günlərdə görüşəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan arasında yaxın iki gün ərzində görüş gözlənilir.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistan baş nazirinin müavininin ofisindən xəbər verilib.

“Sabah və ya o biri gün iki ölkənin Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyalarının növbəti iclası keçiriləcək”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, sonuncu dəfə Azərbaycan və Ermənistanın delimitasiya komissiyalarının iclası keçən il noyabrın 30-da Qazax-İcevan sərhədində baş nazirlərin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryan rəhbərliyi ilə baş tutub.