Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib – SON DƏQİQƏbackend

Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib – SON DƏQİQƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr yerli vaxtla saat 00:00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.