Azərbaycan və Ermənistan parlament sədrləri Cenevrədə görüşüb, dialoqun davam etdirilməsi barədə razılığa gəliblər – YENİLƏNİBbackend

Azərbaycan və Ermənistan parlament sədrləri Cenevrədə görüşüb, dialoqun davam etdirilməsi barədə razılığa gəliblər – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikinci görüşü keçirilib.

NOCOMMENT.az xəbər verir ki, Milli Məclisdən report-a verilən məlumata görə, görüşdə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.

Görüş konstruktiv atmosferdə keçib. Tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

11:10

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan Cenevrədə danışıqlar aparıblar.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.