Azərbaycan və Ermənistan rəsmilərinin görüşü davam edirbackend

Azərbaycan və Ermənistan rəsmilərinin görüşü davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclası davam edir.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, görüş Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin qəbul zalında baş tutub.

İclasda Azərbaycan tərəfini Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfini isə Ermənistan Baş nazirin müavini Mqer Qriqoryan təmsil edir.

Xatırladaq ki, bu, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi ilə bağlı ikinci görüşdür. İlk görüş bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədində baş tutub.